Xəbər lenti

İlkin Həsənidən yeni açıqlama
Ölkə19:08 21.05.2013

İlkin Həsənidən yeni açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"O adamların kimliyini bilirəm və özlərinə də bu barədə dedim".

Tanınmış aparıcı İlkin Həsəni Publika.Az-a ATV ilə bağlı yeni açıqlama verib: “Mən bilirdim ki, “Facebook” səhifəsində sarkazm xarakterli videoları yaymağım bəzi adamlara çirkin niyyətlərini gerçəkləşdirmək imkanı verdi. Onlar məni vurmağa çalışdılar. O adamların kimliyini bilirəm və özlərinə də bu barədə dedim.


Səhvlərini boyunlarına aldılar və bəzi əlaltıların şəxsi qərəzlik məqsədilə onlardan istifadə etdiklərini etiraf etdilər. Məlum oldu ki, bu sifarişdir və məqsəd də mənim imicimə xələl gətirməkdir. Amma oyun baş tutmadı”.

Xatırladaq ki, Publika.Az dünən aparıcının Malmö şəhərində “Eurovision”da olarkən öz “Facebook” səhifəsində sarkazm xarakterli videoları yayması səbəbəbindən işdən çıxarılması ilə bağlı xəbər yaymışdı.

Qaynar.info