
Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə iddiasına baxılıb.
Bu barədə APA-ya İ.Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib.
N.Kərimli qeyd edib ki, Nəsimi Rayon Məhkəməsində Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, İ.Rüstəmzadənin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı iddia təmin edilməyib.