Xəbər lenti

İlqar Məmmədov Ali Məhkəməyə gətirilməyəcək
Ölkə09:22 17.11.2016

İlqar Məmmədov Ali Məhkəməyə gətirilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlqar Məmmədov Ali Məhkəməyə gətirilməyəcək.

Bu barədə məlumatı Qaynarinfo.Az-a vəkil Fuad Ağayev verib.

Vəkil bildirib ki, məhkəmə prossesi açıq olsa da, İlqar Məmmədov məhkəməyə gətirilməyəcək 

Xatırladaq ki, sabah saat 11:00-da REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T. Yaqublunun şikayətini də təmin edib.

Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Aydın Mirzə

Qaynarinfo.Az