Xəbər lenti

İlqar Məmmədov Fransa xalqına başsağlığı verdi
Ölkə08:11 15.07.2016

İlqar Məmmədov Fransa xalqına başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikaçı Alternativ Hərəkatının həbsdə olan sədir İlqar Məmmədov, İyulun 14-də Fransanın Nitsa şəhərində baş verən terror faciəsi ilə əlaqədar Fransa xalıqna başsağlığı verib.

"Qaynarinfo.Az" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Dünən, Fransanın milli bayramı – Bastiliyanın alınması gününündə Nitsedə baş verən terror hadisəsi bizi sarsıtdı. Fransanın ölkəmizdəki səfirliyinin timsalında çoxsaylı günahsız terror qurbanlarına, onların ailələrinə, yaxınlarına və bütün Fransa xalqına REAL və öz adımdan baş sağlığı verirəm.

Biz, REAL olaraq, dinc insanlara qarşı törədilən istənilən zorakığa qarşıyıq. Bu hadisə demokratik Avropa dəyərlərinə meydan oxumaqdır. Biz, REAL olaraq demokratik Avropa dəyərlərinin müdafiəsində hər zaman Fransa xalqıyla birlikdəyik.

İnanırıq ki, Fransa, öz demokratik dəyərlərinə və hüquq təcrübələrinə, respublikaçılıq ənənələrinə sadiq qalaraq terrorla ədalətli yollarla müabrizə aparacaq və terroru yaradan səbəblərin aradan qaldırılmasında dünyaya örnək ola biləcək".

Qaynarinfo.Az