Xəbər lenti

İlqar Məmmədov "karser"ə salındı - 7 stukalıq
Ölkə07:11 15.05.2015

İlqar Məmmədov "karser"ə salındı - 7 stukalıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

REAL Hərəkatının sədri İlqar Məmmədov "karser"ə salınıb.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı REAL Hərəkatının icra katibi Natiq Cəfərli verb.

Natiq Cəfərlinin sözlərinə görə, dünən axşam saatlarında səbəbini izah edilmədən İlqar Məmmədov 7 sutkalıq cərimə kamerasına, "karser"ə salınıb:"Bu gün səhər İlqar bəyin vəkili Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə getsə də, qeyri-qanuni olaraq İlqar Məmmədovla görüşünə icazə verilməyib, karserə salınma səbəbi izah edilməyib. 

REAL Hərəkatı olaraq Ombudsman Aparatından və Qırmızı Xaç Komitəsindən rica edirik ki, dərhal İlqar Məmmədovun durumu ilə maraqlanaraq, ictimayyətə məlumat versinlər. Dünəndən bəri İlqar bəydən, onun sağlanmıq durumundan heç bir məlumat ala bilmirik!"

Elkin Xəlilov

Qaynar.info