Xəbər lenti

İlqar Məmmədovdan Ramazan bayramı təbriki
Ölkə11:50 06.07.2016

İlqar Məmmədovdan Ramazan bayramı təbriki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qaynarinfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz tərəqqipərvər Azərbaycan xalqı!

Sizi, bütün inanclı insanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, ölkəmizə firavanlıq, işğalda olan torpaqlarımızın tez bir zamanda azad olunmasını arzu edirəm.

Əziz həmvətənlər, bilirsiniz ki, ölkəmiz son zamanlar çox ağır dönəm yaşayır. Ölkəmizin nicat yolu demokratiya, insan hüquqlarının qorunmasından və hüquqi dövlətin yaranmasından keçir. Bu yolda bizimlə birgə olacağınıza tam əminəm. Allah dualarınızı qəbul etsin!

Tanrı Cümhuriyyətimizi qorusun!" 

Qaynarinfo.az