Xəbər lenti

İlqar Məmmədovu təbrik etdilər
Ölkə12:46 14.06.2013

İlqar Məmmədovu təbrik etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün REAL Hərəkatının sədri, hazırda həbsdə olan İlqar Məmmədovun ad günüdür. Bu münasibətlə REAL-ın İdarə Heyyətinin üzvü Azər Qasımlı onu təbrik edib. Qaynar.info xəbər verir ki, təbrikdə deyilir: 

"Bu gün İlqar Məmmədovun ad günüdür. REAL-a gələn hər bir insanı bu ailədə saxlayan İlqarın savadı, səmimiyyəti və sadəliyidir. Kənardan çox sərt görünsə də, əslində, İlqar qədər isti və səmimi adamlar çox nadir hallarda rast gəlir. İlqarın şəxsiyyətinə yalnız savad və bilikli olduğuna görə deyil, həm də sadəliyinə görə hörmət edirəm. 

İlqar sözü üzə deyənlərdəndir, kənarda söz gəzdirənlərdən deyil. Elə vaxt da olur ki, dostlarla onu çox tənqid edirik. Dost tənqidinə də çox dözümlüdür. Deyirik ki, belə etmə, siyasətçi adamsan, yola ver getsin. Bu yanaşmamız da İlqarı hər zaman özündən çıxarır. "Bizim evimizi elə yola vermək yıxacaq!", - deyir hər zaman. 

İlqar haqqında çox yazmaq olar. Amma istərdim ki, İlqarı biz tanıdığımız kimi onun bu cür tanınma coğrafiyası geniş olsun! Ad günün mübarək bizim səmimi və mübariz dostumuz!".

Qaynar.info