Xəbər lenti

İlqar Məmmədovun imza vərəqələri səlahiyətli nümayəndəsinə təqdim edilib - Özəl
Ölkə11:09 03.05.2016

İlqar Məmmədovun imza vərəqələri səlahiyətli nümayəndəsinə təqdim edilib - Özəl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

90 saylı Ağdaş seçki dairəsi REAL-ın sədri İlqar Məmmədovun imza vərəqlərini səhaliyyətli nümayəndəsinə təqdim edib.

Qaynarinfo.az-a bu barədə məlumatı REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli verib.

Natiq Cəfərli bildirib ki, bir az bundan öncə  90 saylı Ağdaş seçki məntəqəsindən imza vərəqələrini alıb: " Hazırda Ağdaşdan gəlirəm, imza vərəqələrini götürdüm. Birinci qeydiyyat məsələsi başa çatdı. İndi yaxın günlərdə imza toplama kampaniyasına başlanılacaq"

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty International" İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

Qaynarinfo.az