Xəbər lenti

İlqar Məmmədovun qızı: "Bu günü düz bir ildir ki, sevmirəm" - MƏKTUB
Ölkə16:38 04.02.2014

İlqar Məmmədovun qızı: "Bu günü düz bir ildir ki, sevmirəm" - MƏKTUB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlqar Məmmədovun qızı Aysel Məmmədova atasının həbsinin bir ili tamam olmasına görə ona məktuba yazıb.

Qaynar.info məktubu olduğu kimi təqdim edir: 

"Fevralın 4 –ü. Bu günü düz bir ildi ki, sevmirəm. Atamın həbs olunmasının bir ilidir bu gün. Atamla xoş günlər keçirəcəyim bir ili aldılar əlimdən. Ürəyimdə hər zaman bir sıxıntı var. Atamın haqsız yerə tutulmasını heç qəbul edə bilmirəm. Hər dəfə anamdan soruşanda ki, niyə belə şeylər olur. Mənə deyir ki, böyüyəndə başa düşərsən. Mən bu bir ildə 10 il böyümüş hiss eləyirəm özümü. Başa düşürəm. Atamı çox sevirəm və onunla fəxr edirəm. Atamın həbsində əli olan hər bir kəsi ürəkdən lənətləyirəm. Məni ataları günahsız yerə həbs olunan uşaqlar yaxşı başa düşər. 10 yaşımı istəmədən atam yanımda olmadan qarşıladım. Bir necə aydan sonra 11 yaşımı atamla birgə qarşılamağı arzulayıram. İnanıram ki, hagsızlıq yerdə qalmayacaq və mən tezliklə atama qovuşacağam", - deyə Aysel Məmmədova yazıb.

Xatırladaq ki, İlqar Məmmədov bu il fevralın 4-dən həbsdədir. O,  Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Elkin Xəlilov 

Qaynar.info