Xəbər lenti

İlqar Məmmədovun vəsatəti təmin edildi
Ölkə13:11 17.09.2013

İlqar Məmmədovun vəsatəti təmin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Apellyasiya Məhkəməsində “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Məmmədovun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxsin məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Proses sentyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb.

Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib.

Qaynar.info