Xəbər lenti

İlqar Mikayıloğlunun biznesi üzə çıxdı - FOTOLAR
Ölkə05:25 16.09.2014

İlqar Mikayıloğlunun biznesi üzə çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə ANS telekanalından istefa verən jurnalist İlqar Mikayıloğlu haqqında müxtəlif xəbərlər yayıldı
İlk öncə onun işdən çıxma səbəbləri haqqında polemikalar yürüdüldü. Həm İlqar Mikayıloğlu, həm də ANS telekanalından istefa ilə bağlı müxtəlif açıqlamar verildi və qarşılıqlı “atışmalar” oldu.
Hər kəs İ.Mikayıloğlunun işləyəcəyi yeni telekanalın adını öyrənmək üçün çalışsa da, mətbuatda onun yeni iş yerinin "Topaz" mərc kontoru olacağı yazıldı. 
Daha sonra isə həmin "Topaz" mərc kontorunun İlqar Mikayıloğlunun yox, keçmiş ANS-çi Asif Bağırovun olduğu deyildi.
Adıçəkilən "Həzi Aslanov" metro stansiyasının yaxınlığında olan "Topaz" mərc kontoruna yollandıq. İçəri müştəri qismində daxil olduq. Mərc kontorunda işlər heç də yaxşı görünmürdü. Çünki biz orada olduğumuz müddətdə içəridə, sadəcə, 2 müştəri var idi.
Kontor yaxınlığındakı sakinlərdən məlumat almaq istədik. Amma bu mümkün olmadı. Kontorun sahibi haqqında məlumat almaq üçün sual verdikdə hər kəs bir yana qaçmağa başladı. Görünən bu idi ki, ya onlara susmaq tapşırılmışdı, ya da danışmaq istəmirdilər. 
“Burada yaşayan, işləyən hər kəs bilir ki, buranın sahibi İ.Mikayıloğludur”
Amma yenə də, məlumat ala bildik. Adının çəkilməsini istəməyən şəxsdən aldığımız məlumata görə, bu kontor uzun zamandır ki, fəaliyyət göstərir: “Bura təzə açılmayıb. Uzun zamandır ki, fəaliyyət göstərir. Amma nədənsə, yeni açılmış kimi məlumatlar yazırlar. Bunlar düz deyil. Burada yaşayan, işləyən hər kəs bilir ki, buranın sahibi İ.Mikayıloğludur. Amma heç kim başını ağrıtmaq istəmir. 
Bura açılandan bəri İ.Mikayıloğlu buraya ara-sıra gəlirdi. Amma bu yaxınlarda tez-tez gəlməyə başlayıb. Əsasən də, günorta saatlarında bir dostu ilə gəlir, 1-2 saat sonra çıxıb, gedir. Yəqin nəzarət edir. Bu, normal haldır. Məmurların obyektləri ola bilər, jurnalistin ola bilməz? Bu məsələyə bu qədər diqqət ayırmaq mənasızdır”.//musavat.com
Qaynar.info