Dünya 12:44 17.11.2022

Şimali Koreya ABŞ-a vəd etdiyi cavabı verdi

Şimali Koreya Yapon dənizinə doğru qısa mənzilli ballistik raket buraxıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS Yonhap agentliyinə istinadən məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılış yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 05:48) Qanqvon əyalətinin Vonsan şəhərindən həyata keçirilib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raket Koreya yarımadasının şərq sahillərinə düşüb.

"Şimali Koreyanın hərəkətləri, o cümlədən keçmiş ballistik raket buraxılışları Yaponiyanın, regionun və qlobal ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edir. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raket buraxılışlarını qətiyyətlə pisləyirik.

Cənubi Koreya ordusunun məlumatına görə, raket maksimum 45 km yüksəklikdə təxminən 240 km uçub.

Buraxılış KXDR Xarici İşlər Nazirliyinin rəhbərinin ABŞ-ın genişləndirilmiş çəkindirmə gücünün möhkəmləndirilməsinə və Vaşinqton və onun müttəfiqlərinin regiondakı hərbi fəaliyyətinə sərt cavab vəd etməsindən sonra baş verib. Amerika Birləşmiş Ştatları, Koreya Respublikası və Yaponiya liderləri noyabrın 13-də Kambocada keçirilən üçtərəfli sammitdə genişləndirilmiş çəkindirmə tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.
 
Alpər