Xəbər lenti

İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
Ölkə20:09 20.04.2026

İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Novruz oğlu Cavadov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib.
Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.