Xəbər lenti

İmişlidə polis əleyhinə etiraz aksiyası
Ölkə13:37 22.08.2013

İmişlidə polis əleyhinə etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişli şəhərində etiraz aksiyası başlayıb.
Avropa.info-nun məlumatına görə, yüzdən artıq İmişli sakini rayon mərkəzindəki Statsitika İdarəsinin qarşısına toplaşaraq, etiraza başlayıblar.
Etiraz aksiyasına səbəb İmişli rayon sakinin Əliyev Rəşad Zakir oğlunun rayon Polis İdarəsinə aparılaraq, polis zabiti Niyəsən İmanov tərəfindən qəddarlıqla döyülməsi olub. Belə ki, bir il öncə baş vermiş oğurluq hadisəsinə görə, bu gün səhər saxlanılanaraq polis idarəsinə aparılan R.Əliyev idarədə döyülüb və aldığı xəsarətlərdən bu gün İmişli rayon xəstəxanasına yerləşdirilib.
R.Əliyevin qohumları əməkdaşımıza bildiriblər ki, onları xəstəxanaya yerləşdirilən Rəşadın yanına buraxmırlar. Lakin onlar tam təfərrüatı əldə ediblər ki, qohumları oğurluq hadisəsi ilə heç bir əlaqəsi olmadığını deyəndən sonra polis zabiti N.İmanovun başçılığı ilə bir qrup rayon polis əməkdaşı onu döyüblər.
R.Əliyevin ciddi bədən xəsarətləri aldığı bildirilir.
Hazırda aksiya davam edir. Hadisə yerinə polis və MTN-nin yerli şöbəsinin əməkdaşları cəlb olunub. Polisin R.Əliyevin qohumlarını qəbul etdiyi xəbər verilir.
Qaynar.info