Xəbər lenti

İmişlidə ünvanlı yardım QALMAQALI
Ölkə06:40 19.11.2013

İmişlidə ünvanlı yardım QALMAQALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üç uşaq anası: "Barat Xəlilov mənə zülm edir!"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən son dəyişiklərə, Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümovun nazir postuna təyin edilməsinə baxmayaraq, Nazirlik sisteminə daxil olan bəzi qurumlarda bu günə qədər mövcud olan özbaşınalıq və rüşvətxorluq halları hələ də davam etməkdədir.

Qaynar.info-nun məlumatına görə, iki gün öncə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlaması yayılmış, ünvanlı sosial yardımla bağlı yaranan problemlərin həll ediləcəyi və vətəndaşlara yaradılan süni problemlər üçün məmurların cəzalandırılacağı bildirilmişdi. Görünür, İmişli rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində ya bu açıqlamanı eşitməyiblər, ya da bilmədiyimiz başqa səbəblər mövcuddur.

Qeyd edək ki, bu yaxınlarda İmişli şəhəri T.İsmayılov küçəsi, bina 14, mənzil 7-də yaşayan Həsənova Pərvanə Vaqif qızı tərəfindən Qaynar.info-nun elektron poçtuna şikayət məktubu daxil olub. 

P.Həsənova üç azyaşlı uşaq anası olduğunu, heç bir yerdə işləmədiyini , İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilovun ona ünvanlı sosial yardım vermədiyini deyir: “Yasayış vəziyyətim olduqca ağırdır. İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilov idarəyə müdir təyin olunduqdan sonra, 6 aydır ki, məni get-gələ salıb. Yardıma ehtiyacı olmayanlara, öz maddi maraqları naminə, yardım düzəldirlər, mənim kimilər isə ala bilmir.

Bu məsələ ilə bağlı mən cənab prezidentimiz İlham Əliyevə, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əlıyevaya, yeni təyin olunmuş nazir cənab Səlim Müslümova müraciət ünvanlamışam və sizin vasitənizlə onlardan kömək istəyirəm. Barat Xəlilov üç azyaşlı uşaq anasına zülüm edir, mənə kömək edin”.

Qeyd edək ki, bir neçə gün öncə problemlə bağlı avropa.info saytı da xəbər yaymışdı.

Qaynar.info