
Xeyli vaxtdır, Almaniyada müalicə olunan 3yaşlı İmran Cəfərzadə Bakıya qayıdır.
İmranın bir ayağına protezqoyulub, digər ayağı isə bərpa olunub. Həkimlər İmranın Bakıda birmüddət qaldıqdan sonra müayinə üçün yenidən Almaniyaya qayıtmasınınəzərdə tutublar. İmran bir neçə əməliyyatdan daha keçəcək. 8 aydır,Almaniyada xəstəxanada olan ailə martın 8-də Bakıya qayıdacaq.
APATV-nin xəbərinə görə, ötən ilin iyulun 21-də İmran Cəfərzadə Xaçmazrayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village”istirahət mərkəzində hovuzun içərisində suda olarkən yaxınlıqdaquraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Buzaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təminedəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin həriki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətlərialıb. Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbsolunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.Qaynar.info