
Bunu ans press-ə Nabranda bədbəxt hadisə nəticəsində ayağını itirən İmran Cəfərzadənin xalası Əzizə xanım bildirib.
Onun sözlərinə görə İmran rahat şəkildə danışır və hətta qohumları ilə telefonla da əlaqə saxlayır.
Səfirlikdən ans press-ə verilən məlumata görə, İmran Cəfərzadənin vəziyyəti ilə bağlı yalnız rəsmi formada məlumat verə bilərlər. Hələlik bu haqda heç bir məlumat verilmir.
Xatırladaq ki, 2 yaşlı İmran Cəfərzadə iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda çimərkən ayaqlarından zədə alıb. Ökə prezidentinin xüsusi tapşığı ilə Almaniyada müalicəsini davam etdirir.
Qaynar.info