Lənkəran şəhər sakini itkin düşüb.
Qaynarinfo-nun məlumatına görə, 21 yaşlı Cavid Mahir oğlu Xəlilov iyunun 9-da Xırdalan şəhərində kirayədə yaşadığı evdən Gürcüstanda imtahan vermək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.
Hazırda onun Gürcüstan ərazisində olub-olmadığı araşdırılır.