Xəbər lenti

İmtahan nəticələri açıqlandı
Ölkə12:56 20.05.2014

İmtahan nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. 

“Qafqazinfo” TQDK-nın səhifəsinə istinadən xəbər verir ki, mayın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 20-də saat 16:30-dan etibarən açıqlayıb. İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. 

İmtahanda iştirak etmək üçün sənəd vermiş 18783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 17556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparmış, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib.

Qaynar.info