Xəbər lenti

İmtahan verəcək şagirdlərin nəzərinə!
Ölkə10:53 09.06.2014

İmtahan verəcək şagirdlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
TQDK buraxılış imtahanında iştirak edəcək şagirdlərə xəbərdarlıq edib. 
TQDK-nın mətbuat xidmətinin verdiyi məlumata görə, 18 iyun tarixində keçiriləcək buraxılış imtahanında (Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən) iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni 
href="http://eservices.tqdk.gov.az/sagird2014/ " target="_blank">bu keçidə daxil olaraq çap edə bilərlər. 
Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qaynar.info