Xəbər lenti

İmtahanların pullu olması təklifinə ekspertlərdən münasibət
Ölkə14:20 13.07.2016

İmtahanların pullu olması təklifinə ekspertlərdən münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların pullu olacağı anonsunu verib. 

"Qaynarinfo.Az" xəbər verir ki, Məleykə Abbaszadə mətbuata Attestasiya və buraxılış imtahanlarından başqa bütün imtahanların, o cümlədən sınaq imtahanlarının pullu olacağını deyib. M,Abbaszadə bildirib ki, bəzi imtahanlarda dövlət bir nəfərə 25, bəzən isə daha çox pul xərcləyir. Şura sədri deyib ki, bununla bağlı arayışlar hazırlayıb, Tarif Şurasına təqdim edəcəklər. 

"Qaynarinfo.Az" təhsil ekspertlərindən Dövlət İmtahan Mərkəzinin bu təşəbbüsünə münasibət öyrənib. 

Təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, imtahanların pullu olması normaldır: "Biri var ki, Təhsil Nazirliyinin keçirdiyi imtahanlar, biri də var, insanların öz istəklərinə uyğun olaraq, biliyini yoxlaması. Abituriyent ali məktəbə qəbul olmaq istəyir, könüllü olaraq, ödənişi edir, biliyini yoxlayır. Yəni bu, könüllü şəkildə həyata keçirilən bir kampaniyadır, burda hər hansı bir məcburiyyət yoxdur". 

Məlahət Mürşüdlü

Məlahət Mürşüdlü hesab edir ki, biliyin yoxlanılması müqabilində vətəndaşın ödəyəcəyi məbləğ 20-25 manatdan yuxarı olmamalıdır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub da Məleykə Abbaszadənin təklifini məqbul sayır: "Mən təklif etmişdim ki, Məleykə xanımın rəhbərlik etdiyi qurum "Qiymətləndirmə qurumu" adlandırılsın. Çünki oun fəaliyyətinin mahiyyəti budur. Bu qurum maddi baxımdan nə qədər hökumətdən asılı olmasa, bir o qədər yaxşı olar. Bu dünya təcrübəsində də var, bəzi ölkələrdə vətəndaşlar özləri, bəzilərində isə sifarişçi qurumlar ödəniş edirlər".

Vurğun Əyyub

Vurğun Əyyub hesab edir ki, Azərbaycanın indiki sosial-iqtisadi durumunda bu xərcin vətəndaşların üzərinə qoyulmasının qətiyyən əleyhinədir:"Yaxşı olar ki, bu xərc, işçiyə və ya tələbəyə ehtiyacı olan və bununla bağlı Dövlət İmtahan Mərkəzinə sifariş verən qurumların və ya Təhsil Nazirliyinin büdcəsindən ödənsin".

Qızılgül      

Qaynarinfo.Az