Xəbər lenti

Çin dənizdə üzən nüvə stansiya inşa edir - ŞOK
Ölkə14:30 22.04.2016

Çin dənizdə üzən nüvə stansiya inşa edir - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin, açıq dənizdə üzən nüvə stansiya inşa edəcək

Qaynarinfo.az xəbər verir ki, Çİn Cənubi Çin dənizində süni ada işlərini asanlaşdırmaq üçün açıq dənizdə üzən nüvə stansiya inşa etməyi planlaşdırır.

Çin Kommunist Partiyası (ÇKP) rəsmi nəşr orqanlarından olan  Global Times qəzetinin xəbərinə görə, Çinli mütəxəssislər, üzən nüvə stansiyanın Cənubi Çin dənizində inşa işləri məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracağına inanır.

Dənizdə yol ala bilən və açıq dəniz layihələrində sabit enerji təmin edəcək üzən nüvə stansiya platforması inşasına hazırlaşır.

Çin Gəmi İnşa Sənaye Şirkəti (CSIC) Direktoru Liu Cıngguo, müxtəlif faktorlara baxıldığında üzən nüvə stansiya tələbinin olduqca güclü olduğunu, bu stansiyaların dənizdə qazma platformalarında da istifadə edilə biləcəyini deyib.

Çinin ilk üzən nüvə stansiya platformasının 2019-ci ildə suya endirilməsi planlaşdırılır.

Qaynarinfo.az