Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Neftçala rayonunun Xol Qarabucaq kəndində gənc idmançılarla görüşüb.
Federasiyanın Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Kərimov məşq prosesini izləyib və ağırlıqqaldıranların müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini dəyərləndirib.
Görüşdə ölkədə ağırlıqqaldırma idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Səbuhi Həsənov
Şərhlər