
Üzeyir Cəfərov
Ermənistanın “yeni-köhnə” prezidenti Serj Azat oğlu Sərkisyan nəhayətki, başını İrəvandakı tozanağdan, səs-küydən, fasiləsiz mitinqlərdən,aclıq aksiyalarından götürüb Moskvaya gəlib cıxa bildi. Elə dünən onunRusiya prezidenti Vladimir Putinlə Kremldə görüşü oldu. Rusiyaprezidentinin rəsmi saytı kremlin.ru xəbər verirdi ki, görüşün mətbuataaçıq hissəsində (bu məqama çox istərdim ki, hörmətli oxucularımız diqqətetsinlər-Ü.C.) tərəflər qarşılıqlı protokol imzalayıb çıxış ediblər.Putin Sərkisyanı prezident seçkilərində qələbə münasibətilə təbrikedərək seçkilərdən sonra ilk səfərini Moskvaya etməsinə görəmuştuluqluyub.
O, öz etibarlı namizədiSərkisyanı qələbə münasibətilə təbrik edərək bir az da “demokratik”seçkilərdən danışıb. “60 faiz çox yaxşı nəticədir, bu, xalqın sizəetimadını göstərir və imkan verir ki, bütün planlarınızıreallaşdırasınız. Bizim Ermənistanla xüsusi münasibətlərimiz var.Ermənistanda da, Rusiyada da bunu bilirlər. Mən məmnuniyyətlə qeydedirəm ki, Rusiya Ermənistanla ticarət-iqtisadi dövriyyədə birinciyerdədir”.
Bu xəbərdə diqqət çəkən məqam isəondan ibarətdir ki, guya tərəflər region üçün son dərəcə əhəmiyyət kəsbedən Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyiblər. Hər halda, həmMoskva, həm də İrəvan mətbuatı bu haqda diqqəti cəlb edən nəsədemədilər. Eşitdiyimiz isə o xəbər idi ki, guya Putinlə Sərkisyan hərşeydən danışıblar, təkcə Qarabağ münaqişəsindən başqa.
Necədeyərlər, inanan daşa dönsün. Bayaq qeyd elədik ki, görüşün mətbuat üçün açıq və mətbuat üçün bağlı hissələri olub. Bax nə maraqlı hadisələrvə müzakirələr də olubsa, məhz o bağlı müzakirələr zamanı olub. Bunaheç kimin şübhəsi olmasın. Rusiya ola, belə bir imkanı əldən qaçıra?!.
Əksinə,indi bizim rəsmilər bu səfərdən sonra regionda, o cümlədən DağlıqQarabağda, qoşunların təmas xəttində baş verə biləcək təhlükələri,təxribatları önləməlidirlər. Mən qətiyyən panikaya düşməyin tərəfdarıdeyiləm. Və qətiyyən istəməzdim ki, mənim yazdıqlarımı da bir növ qorxu,təlaş kimi başa düşülsün. Əksinə, biz düşmən(lər)in hiylələrini,planlaşdırdığı işləri proqnozlaşdırmağı və onlara qarşı adekvat addımları atmağı bacarmalıyıq.