
Çin G7 ölkələrinə Cənubi Çin dənizi ilə bağlı xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Vanq mətbuat konfransında məlumat verib.
XİN rəhbərinin sözlərinə görə, Yaponiyaya toplaşan G7 liderlərinə Cənubi Çin dənizi məsələsində gərginliyi artıracaq açıqlamalar verilməməsi ilə bağlı xəbərdarlığı edilib. Bundan başqa, G7 liderlərinə bölgədə təzyiqi artıracaq görüşlər keçirilməməsi də tövsiyə olunub.
Qeyd edək ki, Çin, Tayvan, Bruney, Malaziya, Vyetnam və Filippin Cənubi Çin dənizindəki kiçik adalara iddialıdır.
Xatırladaq ki, bu gün ABŞ, Almaniya, Fransa, İtaliya, İngiltərə, Kanada və Yaponiyadan ibarət G7 Zirvəsi öz işinə başlayıb. Zirvə Yaponiyanın Kaşikojima adasında keçirilir. Qrupda Avropa Birliyi də təmsil edilir.
Qaynarinfo.az