Çinin Huancou şəhərində təhsil alan iki tələbənin analizlərinin cavabı mənfi gəlib.
Qaynarinfo xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında deyilir.
Nazirliyin məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib. Yəni, onlarda hər-hansı bir virus aşkarlanmayıb.
Gün ərzində onların evə buraxılacaqları gözlənilir.