Xəbər lenti

Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarından xəbər var
Ölkə15:52 05.02.2020

Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarından xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının səhhəti yaxşıdır, heç bir şikayətləri yoxdur".
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Elçin Tanrıverdiyev deyib.
O bildirib ki, 14 gün karantin müddəti tamam olduqdan sonra Azərbaycan vətəndaşları xəstəxanadan buraxılacaqlar.
"Karantin müddətinin başa çatmasına bir neçə gün qalmış Azərbaycan vətəndaşlarının vətənə yola salınması məsələsi öz həllini tapacaq”, - deyə E. Tanrıverdiyev vurğulayıb.
Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.  
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.