İndiyədək Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
Onun sözlərinə görə, imzalanmış 67 sərəncam ümumilikdə 8774 nəfərə şamil edilib. Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub.
Aynur Sabitova bildirib ki, indiyədək həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 Amnistiya Aktı 40 412 nəfərə şamil olunub.