Xəbər lenti

İngiltərə futbolunda ən uzunmüddətli cəzalar (SİYAHI)
İdman 12:25 08.04.2023

İngiltərə futbolunda ən uzunmüddətli cəzalar (SİYAHI)

İngiltərə futbol tarixində ən çox cəza alan futbolçuların siyahısı: 30 illik qadağa!

"Fulhem”in futbolçusu Aleksandr Mitroviç bir neçə gün öncə İngiltərə Kubokunun 1/4 final mərhələsində baş tutan "Mançester Yunayted”lə oyunda qalmaqalla gündəmə gəldi. Rəqib komandanın lehinə çıxarılan penalti qərarına görə baş hakimə kobud şəkildə etiraz edən futbolçunun davranışları meydandan qovulması ilə nəticələndi. Üstəlik o, 8 oyunluq cəzalandı.
 
Qərara səbəb kimi Mitroviçin hakim Kris Kavanaqa qarşı zorakı davranışı və nalayiq, təhqiredici, hədələyici ifadələr işlətməsi göstərildi. Futbolçu cəza ilə yanaşı 75 min funt-sterlinq də cərimə ödəməli olacaq. Əslində serbiyalı İngiltərədə uzunmüddətli cəza alan ilk futbolçu deyil. Müxtəlif illərdə İngiltərə futbolunda bəzi futbolçular uzunmüddətli cəzaya məruz qalıb. Hətta onların arasında 30 illik cəzalandırıaln oyunçu da olub. 

Qaynarinfo həmin futbolçuların adlarını təqdim edir:

Paolo Di Kanio - 11 oyun
 
 
Luis Suarez - 4 ay
 
 
Vinni Cons - 6 ay
 
 
Kolo Ture - 6 ay
 
 
Adrian Mutu - 7 ay
 
 
Rio Ferdinand - 8 ay
 
 
Erik Kantona - 9 ay
 
 
Mark Bosniç - 9 ay
 
 
Co Barton - 18 ay
 
 
Enox Vest - 30 il
 


Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->