
İngiltərə Baş naziri, uşaqlarına şənbə səhərləri elektron cihaz istifadəsini qadağan edib
Qaynarinfo.az xəbər verir ki, Baş nazir David Kameron bu barədə First News qəzetinə müsahibəsində deyib.
Baş nazir etdiyi səmimi açıqlamalarda bildirib ki, həyat yoldaşı Samantha ilə birlikdə uşaqlarının şənbə günləri elektron cihazlardan istifadəsinə qadağa qoyub. Kameron yaşları 5 və 12 arasında dəyişən Nancy, Elwen və Florence adlı 3 uşağın atasıdır. Onun sözlərinə görə, "ekranla keçirilən zamanı azaltmaq və uşaqlarını ailələriylə birlikdə olduqca aktiv bir həyata təşviq etmək üçün belə bir məhdudiyyət lazımdır".
Qaynarinfo.az