"Ölkədə vətəndaş bank münasibətlərində
müəyyən problemli məqamların olması təəssüfedicidir. Müşahidələr əhalinin
getdikcə kredit almağa o qədər də maraqlı olmamasını göstərir. Bunun qarşısını
almaq üçün ciddi tədbirlər görülməlidir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov
bank-vətəndaş münasibətləri haqqında danışarkən bildirib:
"İnsanlarda belə bir
təəssürat var ki, onların bankla hər hansı bir problemi olsa və bu iş məhkəməyə
qədər gedib çıxsa, böyük ehtimalla bankın xeyrinə qərar veriləcək. Amma bu,
bütün hallarda belə olmur”.
Əkrəm
Həsənov əhalidə bank sektoruna inamsızlıq yaradan digər hallardan da danışıb:
"Bank
sisteminə nəzarət edən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və digər qurumların
milli pulla bağlı verilən proqnozlarını düzgün çıxmaması, bankların taleyi barədə
qeyri-dəqiq fikirlər bank sisteminə güvənin azalmasına gətirib çıxarır.
Ləğv olunan
banklarda əmanəti olan vətəndaşlar təbii ki, vəsaitlərini itirmək təhlükəsi ilə
üz-üzə qalırlar. Həmin əmanətlərin sığortalanan hissəsinin vətəndaşlara geri ödənilməsi
də vətəndaşların banklara olan inamını artırmır. Özəl bankların vətəndaşlara təklif
etdiyi kreditlərin yüksək faizli olması təbii ki, cəmiyyətdə banklara olan
etibara təsir edir”.
Əkrəm
Həsənovun sözlərinə görə, əgər bankın qorunmayan əmanətləri geri qaytarmağa
gücü yoxdursa, bank sisteminə nəzarət edən qurumlar həmin banklara kredit verməlidir.
Bununla müvəqqəti olaraq əhalinin borcundan çıxmaq olar. Bu, həm də əhalinin
inamını yenidən formalaşdıra bilər”.
Şərhlər