
İnsanların ən böyük xəyyallarından biri gerçəkləşib.
Avropa.info-nun məlumatına görə, hər kəsin arzusu olan su ilə işləyən avtomobil hazırlanıb. Lixtenşteynin Nanoflovsell AG firması Cenevrədə su ilə işləyən avtomobilini təqdim edib. Firmanın təqdim etdiyi Quant e-Sportlimousine avtomobili duzlu su ilə işləyir.
Super idman maşınları kateqoriyasına daxil olacağı ehtimal olunan avtomobilin çox sürətli olduğu qeyd edilib. Bu möhtəşəm avtomobil 200 litrlik duzlu su bakına malikdir və gücünü 4 elektrik mühərrikindən alır.
2300 kq ağırlıqda olan Quant 100 km/s-ə 2,8 saniyədə çatır.
Maşının motoru 920 at gücündədir, sürəti isə 350 km/s-dır. 200 litr duzlu suyu avtomobilə doldurduqdan sonra 600 km yol qət etmək mümkündür. Firma avtomobilin satış üçün hazırlanacağını açıqlayıb.
Mütəxəsislər isə Quantın təxmini qiymətuinin 1.7 milyon dollar olacağını deyib.
Qaynar.info

