Xəbər lenti

İnsult keçirən xalq artistinə qadağa qoyuldu
Ölkə10:00 12.02.2016

İnsult keçirən xalq artistinə qadağa qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət öncə insult keçirən xalq artisti, tanınmış rejissor Eldar Quliyev müayinə üçün xəstəxanaya aparılıb. Bu barədə publika.az-a rejissor özü açıqlama verib:
"İnsult ağır xəstəlikdir, müalicəsi üçün zaman lazımdır. Ev şəraitində müalicə olunuram, amma müayinə olunmaq üçün tez-tez xəstəxanaya gəlirəm. Elə indi də xəstəxanada analizlər verdim, müayinə olundum. Həkimlər çox sərt qadağalar tətbiq etdilər. Birinci növbədə əsəbləşmək, stress keçirmək, həyəcanlanmaq olmaz".
Xalq artisti səhhətində yaranan problemlərə görə iki aydır ki, yaradıcılığına da fasilə verib.
Qaynar.info