
Bu gün Demokratiyanin və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin Azərbaycan Respublikası Prezdenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirtdiyi “interaktiv təlim sistemini tətbiq etməklə sagirdlərdə vətənpərvərlik hislərinin aşılanması” mövzusunda növbəti təlimini keçirib.
Təlim Azərbaycan Dövlət Himninin səslənməsilə başlayıb. Sonra təlimçi Rəmziyə müəllimə bildirib ki, təlim planına uyğun olaraq biz hər qrupa krukilum sistemi ilə iki təlim keçirilib. O şagirdlərlə birgə Şəhidlər Xiyabanında olduğunu, vətənpərvərlik mövzusunda söhbətlər ettiyini vurğulayıb: "İndi bizim sonuncu təlimdi. Şagirdlərimiz bu vaxta qədər hazırlamış olduqları esseləri, şerləri əzbər deyəcək, eyni zamanda vətənpərlik mövzusunda suallara cavab verəcəklər. Bundan əlavə, şagirdlərimiz Ənvər Məmmədxanlının” Buz heykəl” hekayəsindən hazırlamış olduqları kiçik teatr tamaşasını da təqdim edəcəklər".
Daha sonra söz təlimçilərə verilib. Şagirdlərdən Aysel, Anar, Fidan, Kərim Bəxtiyar Vahabzadənin “Şəhidlər” şerini söyləyiblər. Bundan sonra Nərgiz, Nigar, Şəhanə, Elnur “Azərbaycan” şerini əzbər ifa ediblər. Aylin, Zeynəb, Turqur və digərləri hazırlamış olduqları esseləri oxuyublar. Sonra söz kicik səhnəcik hazırlayan şagirdlərə verilib. Onlar Ənvər Məmmədxanlının hekayəsi əsasında “Buz Heykəl” tamaşasından hazırlanmış səhnəciyi təqdim ediblər.
Təlimçi Cavidin vətənpərvərlik ruhunda hazırladığı rep alqışla qarşılanıb.Təlimin birinci hissəsi başa çatandan sonra söz Demakratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərova verilib. O, iştirakçıları salamlayaraq tədbirdə iştiraklarına görə valideynlərə təşəkkür edib. Həmçinin bildirib ki, təlimi keçirtməkdə əsas məqsəd interaktiv təlim sisteminin üstünlüklərini ictimaiyyətə çatdırmaq, məktəb valideyn münasibətlərinin tənzimlənməsini sürətləndirmək, şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək və danışıq qabiliyyətlərini inkişaf etdirməkdir: "Biz təlimlər nəticəsində valideynlər bir daha şahid oldular ki, interaktiv təlim sistemi ənənəvi təlim sistemindən üstündür. Bu təlim sistemində şagirdlər özlərini daha sərbəst hiss edir, öz bilik və bacarıqlarını açıq göstərə bilirlər. Onlarda idrakın inkişafı prosesi və nitq qabiliyyətləri sürətlənir. Biz qarşımıza qoyduğumuz məqsədə nail olduq".
Tədbirin sonunda Əli Cəfərov təlimçi Məhəbbət müəllimə və sinif rəhbəri Rəmziyə xanımın iştirakı ilə təlimdə iştirak edən şagirdlərə diplom verib. Tədbir “Vətən çağırırr” mahnısının ifası ilə təlim yekunlaşıb.
Qaynar.info





