Xəbər lenti

“İnterAz”ın yayımının dayandırılması səbəbi açıqlandı
Ölkə13:19 30.10.2017

“İnterAz”ın yayımının dayandırılması səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərkosmos” ASC "İnterAz” televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.
"Qaynarinfo" xəbər verir ki, "Azərkosmos” ASC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "İnterAz” televiziya kanalı "Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.
Buna görə də televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb.
Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. "İnterAz”dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.
Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. "İnterAz” telekanalı "Azerspace-1” peyki vasitəsilə yayımlanır. 
Qaynarinfo.Az