Xəbər lenti

İnternat qızları fahişəliyə cəlb olunur
Ölkə09:41 05.08.2013

İnternat qızları fahişəliyə cəlb olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Seks biznesində 14-16 yaşlı qızlara ehtiyac var. Buna görə də insan alverçiləri xüsusilə internatı bitirən qızları fahişəliyə cəlb edirlər”.

Bunu virtualaz.org saytına açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib.

O bildirib ki, mərkəz hazırda internatı bitirən qızların problemləri ilə bağlı sorğu keçirir. İlkin nəticələrə görə, internat və bu tipli müəssisələri bitirən qızların əksəriyyəti iş və ev tapmaqda çətinlik çəkir: “Bu qızları axtaranlar, müdafiə edənlər olmur. Buna görə də sahibsiz qızları seks biznesinə cəlb etmək insan alverçilərindən ötrü asan olur. Bununla yanaşı maddi problemlərlə üzləşən qızlar arasında çıxış yolunu  könüllü fahişəlik fəaliyyətində görənlər də az deyil”. 

Mərkəz rəhbəri “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın tətbiq edildiyini, lakin hələ də internatı bitirənlərin problemlərinin həllinə nail olunmadığını qeyd edib: “Son illər boşanmaların da sayı sürətlə artır. Mərkəzə müraciət edən qadınlar bildirirlər ki, heç olmasa gündə bir dəfə yemək yeməsi üçün uşağını internata vermək məcburiyyətində qalıblar”.

M.Əzizova internatı bitirən qızların sosial problemlərini  həll etmək üçün yeni proqrama ehtiyac olduğunu da sözlərinə əlavə edib.

Qaynar.info