Xəbər lenti

İnternetin həll olunmayan keyfiyyət dərdi - Sorğu + Açıqlama
Ölkə08:37 26.12.2016

İnternetin həll olunmayan keyfiyyət dərdi - Sorğu + Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir çox insanın gündəlik istifadə etdiyi xidmətlərdən biri də internet xidmətidir.

Gündəlik həyatımızın ehtiyaclarından biri olan internet sürəti demək olar ki, əksəriyyətimizi qane etmir. Bunu Qaynarinfo.Az-ın keçirdiyi sorğudan da görə bilirik. Sualımız belədir, internetin keyfiyyətindən razısınızmı?

Faiq Rəsulzadə: ""Bakinternet" işlədirəm, ancaq keyfiyyəti qane etmir". 

Yaşar Məmmədov: "Adətən ADSL bağlantı istifadə edəndə müqavilədə qeyd olunan sürətin maksimum 80%-i alıcıya çatır".

Nilgün Rəsulova: "Xeyr, sürət çox zəifdir. Qəti qane etmir! Soruşanda niyə belədir, heç kim cavablandırmır".

Cavid Qurbanov: "Mən "Eurocell" işlədirəm .Əvvəl sürət yaxşı idi. Böhrana tam qədəm qoyduqdan sonra tez-tez kəsilmələr olur".

Elçin Ağazadə: "Azərbaycanda internetin hamını hərtərəfli qane etməsi, avropalıların Marsda internet klub açdığı vaxta təsadüf edəcək, yəqin ki". 

Fatimə Məcidova:"Xeyr,qətiyyən. Çox narazıyıq". 

Rza Kərimov: ""Bakinternet"dən istifadə edirəm, qane etmir, sürət aşağıdır. Ay ərzində bir neçə gün tamamilə internet olmur".

Məhəmməd Türkmən: "Əvvəllər "Citynet"dən istifadə edirdim, sürət əla idi. Bir dəfə də olsun problem yaşamamışdım. Çox yaxşı xidmət göstərirlər. Köçdüyüm üçün məcbur qalıb provayderimi dəyişdim. Çünki yaşadığım binada "Citynet" yox idi. Hazırda KATV-nin internetindən istifadə edirəm. "Citynet" qədər keyfiyyətli olmasa da, idarə edir".

Ceyhun Salahov: "İşdə "Aztelekom", evdə "KATV" işlədirəm, ikisinin də interneti atır".

Bəs, internetin aşağı sürətlə bizə çatmasının səbəbi nədir? Nəyə görə bu problemlər illərdir qalmaqdadır və həll olunur? Bu sualları biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov cavablandırdı:

"İnternetin keyfiyyətinin aşağı olmasının başlıca səbəbi fiber optik internetin cəmi Bakının bir neçə məntəqəsindən verilməsidir, bölgələrdə isə demək olar ki, yoxdur. Daha çox ənənəvi, yəni telefon xətti üzərindən verilən internetdən istifadə olunur. Buna görə də internetin keyfiyyəti aşağı olur və istifadəçilərə aldığı sürətdən aşağı internet sürəti verilir. Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Ancaq fiber optik internet olan yerlərdə də müştəriləri məcbur edirlər ki, fiber xəttinin hansı provayderlərlə müqaviləsi varsa, həmin provayderlərin xidmətindən yararlansınlar. Yəni başqa provayder seçmək imkanı verilmir. Bu da inhisarçılığa gətirib çıxarır. Məhz rəqabət yaranmadığından da keyfiyyət artmır. Üçüncü ən böyük problem şəbəkə avadanlıqları alarkən diqqətli olmaq lazımdır. İnternet sürətiniz yaxşıdırsa, provayderiniz yaxşıdırsa, lakin şəbəkə avadanlığınız isə pisdirsə internetin keyfiyyəti aşağı düşəcək. Bu üç factor ən əsas faktorlardır".

Ekspert Nicat Manafov açıqlamasında qeyd etdi ki, Azərbaycanda iki ana internet paylayıcısı var, Gürcüstanda isə bu rəqəm yeddidir. İki internet paylayıcısının olması isə inhisarçılıqdan xəbər verir:

"Azərbaycanda bilyiniz kimi iki internet paylayıcısı var: "Azərtelekom" və "Delta Telekom". Qonşu Gürcüstanda isı 7 internet paylayıcı var. İki internet paylayıcısının olması inhisarçılıqdan xəbər verir. Rəqabətin olmaması da istər keyfiyyətdə, istərsə də qiymətlərdə özünü göstərir".

Pərvin Zeynal

Qaynarinfo.Az