Xəbər lenti

"İnterpol" ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı
Ölkə15:50 16.03.2023

"İnterpol" ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.
Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.
O, İsveçdən Norveçə gəlirmiş.
Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında "İnterpol"da axtarılanlar siyahısındadır.
Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.