Ötən gün intihar edən gənc İsa Şahmarlının dəfnindən əvvəl Binə qəsəbəsində qarşıdurma olubQaynar.info nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Binə sakinləri İsa Şahmarlının dost-tanışlarının, onun rəhbərlik etdiyi LGBT üzvlərinin dəfn mərasimində iştirak etməsinə mane olublar. Yerli sakinlər bildiriblər ki, dəfnə gələnləri daşqalaq edəcəklər.
Hadisə yerində jurnalistlərin işləməsinə də imkan verilmir.
Əməkdaşımız bildirir ki, hüquq mühafizə orqanları gözə dəymir.
Xəbərə qayıdacağıq.
Qaynar.info


