Xəbər lenti

İntihar etdiyi deyilən əsgərin anası danışdı
Ölkə06:32 21.04.2013

İntihar etdiyi deyilən əsgərin anası danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

4 ay əvvəl Gəncədən əsgərliyə çağırılmış Emin Quliyevin meyiti aprelin 20-si axşam saatlarında evlərinə gətirilib. Meyiti gətirən hərbçilər ölümün səbəbi barədə bir söz deməyiblər.

Anası Solmaz Quliyeva deyir ki, oğlu ilə 2 gün əvvəl danışıb: "O, xidmət yerinin dəyişdirilməsini istədi, amma səbəbini açıqlamadı. Yalnız şirniyyat bişirib göndərməyimizi istədi».

Solmaz Quliyeva iddia edir ki, Emin çox iradəli və zəhmətkeş uşaq olub, özünü öldürəcək bir səbəb olmayıb: "Oğlumu kiminsə yerinə bada veriblər. Onun gözünün birinin mənfi 1, o birinin isə mənfi 3 olmasını hərbi komissarlıq da təsdiqləyib. Lakin yenə də orduya aparıblar".

Emin Quliyev aprelin 21-də dəfn olunacaq.

Fakt üzrə Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Müdafiə Nazirliyin yaydığı məlumata görə, əsgər Emin Quliyev aprelin 20-si saat 00.35 radələrində tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb (azadliq.org).