
24 yaşlı gəncin intihara cəhdinin dəqiq səbəbi müəyyənləşib. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, Şahmarov Şəhriyar Müqəddim oğlu 3 ay əvvəl ailə qurub.
Onun müxtəlif şəxslərə 6000 manata yaxın borcu var. Pul sahiblərinin təzyiqlərinə tab gətirə bilməyən gənc çıxış yolunu intiharda görüb.
Qardaşı Şəhriyar Şahmarova təsadüfən zəng edib və “intihar etməyə gedirəm” cavabını eşidib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Qaynar.info