İntiqam Babayevə yeni vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, o, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.
İntiqam Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2000-ci ildən 2021-ci ilin noyabrına kimi gənclər və idman nazirinin müavini vəzifəsində işləyib. Son olaraq isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bundan əvvəlki Aparat rəhbəri Riad Qasımov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təyinat alıb.
Şərhlər