Xəbər lenti

İntiqam Əliyev ev dustaqlığına buraxılmadı
Ölkə15:26 12.09.2014

İntiqam Əliyev ev dustaqlığına buraxılmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb.

Vəkil Anar Qasımlı “Azadlıq” radiosuna bildirib ki, vəsatət təmin olunmayıb: “Biz axtarış zamanı baş verən qanun pozuntuları ilə bağlı vəsatət də vermişdik. Heç birini təmin etmədilər. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik”.

Avqustun 8-də Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

Müdafiəçiləri isə İntiqam Əliyevin həbsini siyasi sifariş sayır.

Qaynar.info