Xəbər lenti

İntiqam Əliyevin məhkəməsi təxirə salınıb
Ölkə10:00 17.03.2015

İntiqam Əliyevin məhkəməsi təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri İntiqam Əliyevin növbəti məhkəmə prosesi olub. 

Hüquq müdafiəçisinə dəstək üçün tanınmış simalar, qeyri-hökumət təşkilatlarının nümayəndələri məhkəmə binasının önünə toplaşıblar.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, zərərçəkmiş Mehdiyeva Gülnarın məhkəmə prosesinə gəlməməsi ucbatından iclasda fasilə yaranıb. 

İntiqam Əliyevin xahişi ilə zərərçəkən şəxslərin ifadələri yarımçıq dayandırılaraq, bitmiş hesab olunub. 

Daha sonra İntiqam Əliyev bundan əvvəlki məhkəmə prosesində baş verənlərə görə üzr istəyib. 

Hakim İntiqam Əliyevin məhkəmə prosesinin 31 mart saat 14:00-a təxirə salınması barədə qərar qəbul edib.

Qaynar.info