Xəbər lenti

iPhone 6-ya görə növbə
Ölkə05:31 05.09.2014

iPhone 6-ya görə növbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu York şəhərindəki texnologiya həvəskarları iPhone 6-nı satın almaq üçün növbəyə durmağa başlayıb.

Anspress-in məlumatına görə, "Apple" şirkətinin yeni modelinin bazara çıxarılmasına sayılı günlər qalıb. Mağazaların qarşısına kreslo və çadırlarını gətirən insanlar 9 sentyabrda mobil telefon tanıdılana qədər gözləyəcəklərini bildiriblər.

Bəziləri iPhone 6-ya ilk sahib olan şəxslər arasında olmaq üçün, bəziləri isə "Apple" şirkətinin təqdimatında iştirak etmək məqsədiylə bu addımı atdıqlarını deyiblər. 

Texnologiya həvəskarlarından bəziləri hətta 17 gün növbədə durduğunu deyir. 

Qeyd edək ki, "Apple" iPhone 6-ın təqdimatını 9 sentyabrda edəcəklərini açıqlayıb.

Qaynar.info