Xəbər lenti

İpoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur
Ölkə12:27 07.03.2025

İpoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq"
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov  deyib.
Deputat Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif edib.
"2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı".
 
Qafqaz Rafiqoğlu