Xəbər lenti

“İpoteka şərtləri çətinləşəcək” – AÇIQLAMA
Ekonomiks18:00 03.03.2016

“İpoteka şərtləri çətinləşəcək” – AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
""Fitch”beynəlxalq reytinq agentliyinin İpoteka Fondunun reytinqinin aşağıendirməsi, ipoteka şərtlərini yüngülləşdirmək əvəzinə, çətinləşdirəcək” –bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib.
"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanİpoteka Fondunun (AİF) milli və xarici valyutada uzunmüddətli kreditreytinqini "BBB”dən "BB+”a endirib. Agentlik Fondun kredit reytinqi üzrəproqnozunu "neqativ” olaraq təsdiq edib. "Fitch” AİF-in kreditreytinqini Azərbaycanın suveren reytinqinə uyğun təyin etdiyinibildirib.
"Tək İpoteka Fondu yox, SOCAR-ın da reytinqinin düşməsi realdı” – Samir Əliyev
İpoteka Fondunun ipoteka şərtlərinin həyata keçirmək üçün bir neçə mənbələri var: 
1) Dövlət büdcəsi;
2) Yenidən maliyyələşmə;
3) Qiymətli kağızlar; - İpoteka Fondu daxilibazar üçün qiymətli kağızlar buraxıb. Daxili bazarda da banklartərəfindən təhvil alınırdı.
4) Xaricdən vəsait cəlb etmə; 
 
Ekspert Samir Əliyev ANN.Az-a açıqlamasındabildirib ki, "Fitch” Beynəlxalq Agentliyin Azərbaycan İpoteka Fondununreytinqini aşağı salması yuxarıda sadalanan mənbələrdən birininvəziyyətinin ağırlaşacağı anlamı deməkdir: "Yəni xaricdən vəsait cəlbetmək Fond üçün çətin olacaq. Ancaq bu o demək deyil ki, "Fitch”agentliyinin reytinqi aşağı salması mümkünsüz idi. Reytinq aşağıendirildi. Sadəcə reytinq yuxarı olanda daha əlverişli şərtlərləxaricdən borcu daha aşağı faizlərlə cəlb etmək olardı. Fondun reytinqiaşağı salındığına görə, yəqin ki, bir qədər baha resurs cəlb etməkməcburiyyətində qalacaq. Bu isə Fondun ipoteka şərtləriniyüngülləşdirmək əvəzinə daha çox problem yaradacaq. Yəni bu məsələ Fondaxeyli çətinlik törədəcək”.
İqtisadçı reytinqin aşağı salınmasının əsas səbəbiAzərbaycanın dövlət kimi suveren reytinqinin aşağı salınması iləəlaqədar olduğunu deyib: "Buna da səbəb neftin qiymətinin düşməsi iləəlaqədar idi. Dövlət olaraq reytinqin aşağı salınması son nəticə olaraqona gətirib çıxaracaq ki, dövlət qurumlarının reytinqi aşağı düşəcək.Tək İpoteka Fondu yox, misal üçün SOCAR-ın da reytinqinin düşməsirealdır. Səhv etmirəmsə, "Azərenerji”nin də reytinqi aşağı salınıb.Hansı qurumların reytinqi var, onların reytinqinin aşağı endirilmə şansıçoxdur”.   

Qaynar.info