
***
22:25
Millət vəkili İqbal Ağazadə qəza törədib.
Aznews.az-ın verdiyi xəbərə görə, bu gün saat 19:45 radələrində "Ümid" partiyasının sədri İqbal Ağazadənin idarə etdiyi avtomobil 90 KF 017 dövlət nişanlı "Mercedes" markalı maşınla toqquşub. Xəsarət barədə isə məlumat verilməyib.
Qeyd edək ki, İqbal Ağazədə qəzanı Bakıda keçirilən XX Xəzər Neft-Qaz Sərgisindən qayıdarkən törədib.