"Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi, "Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi, "Reklam və Marketinqin İnkişafına Dəstək” İctimai Birliyi və Afrihealth Optonet Association təşkilatları, iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə məqsədilə birgə "İnnovativ Sosial Dəstək Koalisiyası” yaradıblar.
Koalisiyanın məqsədi, Azərbaycanda iqlim dəyişikliyinin qadınlar və uşaqlar üzərində yaratdığı zərərləri ictimailəşdirmək və bu təsirlərin azaldılması üçün koordinasiyalı fəaliyyətlər həyata keçirməkdir. İqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsuldarlığının azalması, su çatışmazlığı və digər ekoloji problemlər yerli icmalarda həyat şərtlərini ciddi şəkildə pisləşdirib.
Yeni yaradılmış koalisiya, qadınların və uşaqların bilik və bacarıqlarını artırmaq, psixoloji və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədini güdür. Protokol çərçivəsində maarifləndirmə proqramları, kiçik biznes təşviqləri və mütəxəssis dəstəyi təmin ediləcəkdir. Koalisiya, həmçinin iqlim dəyişikliyindən təsirlənən bölgələrdə qadın icma qruplarının yaradılması və effektiv koordinasiyasını nəzərdə tutur. Bu yanaşma, bölgələrdə resursların səmərəli istifadəsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin edəcək.
Koalisiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün "COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini qrant müsabiqəsində iştirak edərək bu məqsədlərə uyğun tədbirlərin təşkilini və dəstəyini təmin edəcəkdir.