Xəbər lenti

İqtisad Universitetinə niyə şortiklə girmək olmur? - Açıqlama
Ölkə12:31 07.09.2016

İqtisad Universitetinə niyə şortiklə girmək olmur? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Hacı Zeynallı Qaynarinfo.Az-a şikayət məktubu göndərib. 

Tələbə şikayətində deyir ki, universitetə şortiklə daxil olan zaman mühafizəçilər ona mane olub. Və heç bir səbəb gətirmədən, onu universitetə buraxmayıblar. 

Tələbə Hacı Zeynallı bildirir ki, ADA Universitetində bu problem yoxdur. Belə olduqda tələbələr arasında ayrıseçkilik sayılır.

Məsələ ilə bağlı adı çəkilən universitetin Marketinq və Kommunikasiya Departamenti ilə əlaqə saxladıq. 

Departamentdən Qaynarinfo.Az-a bildirildi ki,tələbələrin geyimləri universitetin daxili intizam qaydaları ilə tənzimlənir:"Bundan başqa, universitetdə təhsil alan hər bir tələbə bununla bağlı məlumatlandırılır. Əcnəbi tələbələrlə isə indiyədək belə problem yaşanmayıb". 

Pərvin Zeynal

Qaynarinfo.Az